Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Sual-Cavab
Kurslar haqqında məlumat almaq


Əks əlaqə Kitabxana

Sual-Cavab

Kursların müddəti necədir?
Kurslarımız qısamüddətlidir ( 6 aylıq ümumi bank işi kursu  istisna olmaqla) və 1-5 yarımgün ərzində keçirilir.

Kurslar hansı dildə keçirilir?
Bu internet səhifəsində proqramları verilmiş bank işi üzrə açıq kurslar Azərbaycan dilində, biznes menecment kursları isə proqramda göstərilmiş dillərdə (ya Azərbaycan, ya da Rus dilində) keçirilir. Fərdi kurslar sifarişçinin istədiyi 3 dildən birində təqdim olunur (Azərbaycan, İngilis, Rus dilləri)

Heç bir yerdə işləməyən şəxs kimi mən hansı mövzular üzrə kurslarda işitirak edə bilərəm?
Kurslarımız əsasən praktikada işləyənlər üçün nəzərdə tutulur.  Odur ki, əgər praktikanız yoxdursa və bank sistemində işləmək istəyirsinizsə, onda “Ümumi Bank İşi” mövzusunda uzunmüddətli kursda iştirak etmək Sizin üçün daha məqbul olardı. Əgər biznes sahəsində hər hansı professional tədrisdən keçmək istəyirsinizsə, onda zəhmət olmasa, bizim ilin sonunda internet səhifəsində yerləşdiriləcək 2011-cu il üzrə tədris proqramlarımızı izləyin.

Kursları kimlər aparır?
Kurslarımızı əsasən xarici ekspertlər tərəfindən hazırlanmış və xarici ölkələrdə təcrübə mübadiləsində olmuş yüksək keyfiyyətli yerli  ekspertlər aparırlar. Kurslarımıza tez-tez ABŞ, Avropa və Yaponiyadan olan təcrübəli ekspertlər də cəlb olunurlar.

Kurslarda tədris materialları verilirmi?
Kurslarda tədris materialları yalnız fiziki formada verilir. ABTM-nin daxili qaydalarına əsasən, (bəzi materiallar istisna olmaqla) tədris materialları elektron formada verilmir.

Tələbələr üçün hər hansı güzəştlər tətbiq olunurmu?
Xeyr

Kursun axırında hər hansı bir sənəd verilirmi?
Bəli, kurslarımızın axırında sizə kursu bitirmə sertifikatı verilir.

Materiallar hansı dildə verilir?
Kursun keçirildiyi dildə.

Kurslarınızın keçirilmə vaxtlarını haradan öyrənmək olar?
İnternet səhifəmizin Tədris səhifəsindən

Kursda hansı materiallardan istifadə olunur?
Kursda yerli və Qərb ekspertləri tərəfindən hazırlanmış yerli şəraitə uyğunlaşdırılmış materiallardan istifadə olunur.

Kurslara kimlər yazıla bilər?
İstənilən şəxs. Bununla belə, məsləhət görürük ki, hər bir mövzu üzrə kursun qısa məzmunun kimlər üçün nəzərdə tutulmuşdur hissəsinə diqqət verəsiniz.

Kurslar harada keçirilir?
Azərbaycan Bank Tədris Mərkəzinin binasında.

İnternet səhifənizdə adı göstərilməyən kursu sifariş verə bilərəmmi?
Bəli, idarəetmə sahəsində istənilən mövzu üzrə kurs üçün bizə müraciət edə bilərsiniz.

Kurslara necə yazılmaq olar?
Bu internet səhifəsində olan Kursa yazılma bölümündən sifarişi doldurub bizə göndərməklə.






© 2009 ABTC
Bütün hüquqlar qorunur
Tariximiz Missiya Üzvlük Komanda Ekspertlərimiz İllik hesabat Beynəlxalq layihələr Tədris xidməti üzrə Biznes tərəfdaşlarımız Məsləhət xidməti üzrə Biznes Tərəfdaşlarımız Vakansiyalar Bizimlə əlaqə
Metodologiya Kursların cədvəli Mövzular
Metodologiya Xidmətlər