|
Beynəlxalq layihələr
Azərbaycan Bank Tədris Mərkəzi yarandığı gündən beynəlxalq əməkdaşlığı özünün əsas prioritet sahələrindən biri kimi qəbul etmişdir. Belə ki, məramnaməsinə uyğun olaraq ABTM bir tərəfdən bank işi və biznes menecment üzrə qabaqcıl nou-haunu Azərbaycana gətirmək, yerli ekspertləri hazırlamaq və onların keyfiyyətinin artırılması üçün Texniki Yardımlar cəlb etmiş, digər tərəfdən isə regional və beynəlxalq layihələrdə məsləhətçi şirkət kimi iştirak etmişdir. Keçən dövrdə ABTM 14 beynəlxalq layihə ilə əməkdaşlıq etmişdir.
|