Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Göstərdiyi xidmətlər:
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Bütün ekspertlərimiz


Cavanşir Abdullayev 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutunun maliyyə-kredit fakültəsini (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. O, strateji idarəetmə, İnsan resurslarının idarə edilməsi, risklərin idarə edilməsi və idarəetmənin digər sahələri üzrə Avropanın aparıcı 10-dan çox bankında və digər bizneslərdə 6 aydan çox təcrübə mübadiləsində olmuşdur.

O, iş karyerasına SSRİ bank sisteminin filialında kredit mütəxəssisi kimi başlamış və SSRİ Dövlət Bankının Azərbaycan kontorunda aparıcı müfəttişədək (aparıcı auditor) yüksəlmişdir.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra C. Abdullayev ilk özəl banklardan biri olan «Azinvestbank» KB-nın İdarə heyətinin sədri olmuş və sonradan irəli çəkilərək, nəzarət paketi Dövlətə məxsus ən böyük bank olan Aqrar-Sənaye Bankının İdarə Heyətinin Sədri olmuşdur.

1992-1993-cü illərdə o, müstəqil Azərbaycanın Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmişdir.

2000-ci ilin yanvarından, yəni fəaliyyətə başladığı andan Azərbaycan Bank Tədris Mərkəzinə (ABTM) direktor təyin edilən C.Abdullayev qısa bir müddətdə Mərkəzi yaratmış, yüksək peşəkar komandası ilə  onu maliyyələşdirən aparıcı təlim müəssisəsinə çevirmişdir.

ABTM-nin yarandığı dövrdən indiyədək  C. Abdullayev 120-dən artıq məsləhət xidməti layihəsi idarə etmiş, 10-dan artıq beynəlxalq təşkilatla yaxın əməkdaşlıq quraraq, Mərkəzin 30-dan artıq beynəlxalq layihəyə cəlb olunmasına nail olmuş, strateji planlaşma, insan resurslarının idarə edilməsi, biznes proseslərin təşkili, risklərin idarə edilməsi, yumşaq vərdişlər və digər sahələr üzrə 200-dən artiq təlim keçmişdir.

Apardığı təlim kursları ►►►

Göstərdiyi məsləhət xidmətləri ►►►





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi