Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Göstərdiyi xidmətlər:
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Bütün ekspertlərimiz
Əziz Fətəliyev
Kod: AF


Əziz Fətəliyev 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq Fakultəsini Əmtəəşünas ixtisası üzrə bitirmişdir. 2014-ci ildən etibarən Əziz Fətəliyev daxili audit üzrə müxtəlif ixtisasartırma təlimlərində iştirak etmişdir, o cümlədən ABTM-də “Risklərin idarə edilməsi işinin təşkili” təlimi, ACFE (Association of Certified Fraud Examiners) tərəfindən onlayn qaydada təşkil olunan “Internal Control for Fraud Prevention” təlimi və “AccessHolding” tərəfindən “Three Lines of Defense” və digər mövzular üzrə Almaniyanın Berlin şəhərində təşkil olunan seminarlar. 2015-ci ildə CIA (Certified Internal Auditor) sertifikasiya proqramı üzrə qeydiyyatdan keçmişdir, CIA sertifikatı üzrə iki imtahanı müvəffəqiyyətlə vermiş və bununla “Internal Audit Practitioner” adını qazanmışdır. Hal-hazırda CIA sertifikasiya proqramı üzrə sonuncu imtahana hazırlaşır.

İş karyerasını 2004-cü ildə istehsal müəssisəsində əmtəəşünas vəzifəsində başlayan Əziz Fətəliyev, 2007-ci ildə ixtisaslaşmanı dəyişib “Azərbaycan Mikromaliyyələşdirmə Bankı QSC”-də (hal-hazırda “AccessBank QSC” adını daşıyır) kassir vəzifəsi ilə karyerasına davam etmişdir və Baş kassir vəzifəsinədək yüksəlmişdir. 2014-cü ildə həmin Bankın Daxili Audit Departamentində Daxili Auditor vəzifəsinə təyin olunmuş, 2016-ci ildə Baş Daxili Auditor vəzifəsinədək yüksəlmişdir. 2017-ci ilin Fevral ayından “Bank Respublika ASC”-nin Daxili Audit Departamentində Şöbə Müdiri vəzifəsində çalışır.

Əziz Fətəliyev 2017-ci ildən Azərbaycan Bank Tədris Mərkəzində “COSO Daxili Nəzarət Modelinin praktiki tətbiqi” mövzusunda təlimləri aparır.





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi