Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Tövsiyə olunanlar
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas


e-ABTC
 
Mövzu qrupuna dair bütün Uzunmüddətli Kurslar
Kredit Mütəxəssisi
Mövzu qrupu: Kredit
Kod: T810
Qiymət : 600 AZN

 
Qısa məzmunu

 
Müddət
60 saat
Kimlər üçün nəzərdə tutulur
Banklarda yeni işə qəbul edilmiş kredit mütəxəssisləri və kredit təşkilatlarında kredit mütəxəssisi işləməyi planlaşdıran şəxslər
Proqramın sertifikasiyası
4 dəfə keçirilən testin ümumi nəticələri üzrə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Proqramı müvəffəqiyyətlə bitirmişdir”, bundan aşağı nəticə göstərənlərə isə “Proqramda iştirak etmişdir” sertifikatı təqdim olunur.
 
Proqramın qısa məzmunu
Sonda iştirakçılar aşağıdakılar barədə bilik əldə edəcəklər:
Modul 1.Azərbaycanda kredit bazarının mövcud vəziyyəti
Ekspertlər: Rauf Ağayev, Cavanşir Abdullayev
  • Azərbaycanın kredit sistemi
    • Azərbaycanın kredit sisteminin strukturu
    • Kredit bazarının iştirakçıları: Kreditverənlər və Borcalanlar
    • Azərbaycan Mərkəzi Bankı kredit sisteminin tənzimləyicisi kimi
  • Kredit bazarı: mövcud vəziyyət və meyllər
  • Azərbaycanın kredit sisteminin strukturu və xüsusiyyətlərini,
  • kredit bazarının əsas iştirakçıları və onların rollarını,
  • kredit bazarının ölkənin iqtisadi sistemindəki rolunu,
  • AMB-nin respublikada kredit sisteminin tənzimləyicisi kimi rolunu,
  • kredit bazarının mövcud vəziyyəti və meyllərini.
Modul 2. Kredit işinin təşkili
Ekspert: Rauf Ağayev, Zahir Qədirov
  • Kredit işinin təşkili
    • Ön və arxa ofisin funksiyaların bölüşdürülməsi, “4 göz” prinsipi
    • Filialların, Kredit Departamenti və Kredit Komitəsinin rolu
  • Kredit təşkilatının kredit siyasəti və prosedurları
    • Kredit siyasətinin mahiyyəti və tərkib hissələri
    • Kredit prosedurları və bankdaxilili qaydalar
  • kredit işinin təşkilini,
  • kredit işinin təşkilində “4 göz” prinsipi və səlahiyyətlərin bölüşdürülməsini,
  • kredit təşkilatının kredit siyasətinin mahiyyətini,
  • bankdaxili qaydalar və kredit prosedurların əhəmiyyətini.
 
Modul 3. Kreditin mahiyyəti və növləri
Ekspert: Rauf Ağayev, Zahir Qədirov
  • Kreditin mahiyyəti və təsnifatı
    • Bank kreditin əsas əlamətləri
    • Kredit atributlarının təşnifləşməsi
  • Kreditlərin növləri və onların xüsusiyyətləri
    • İstehlak kreditləri
    • Mikrokreditlər
    • Biznes (kommersiya) kreditləri
  • Lizinq kreditin alternativi kimi
  • kreditlərin müxtəlif əlamətlərə görə təşnifləşməsini (borcalan növü, kreditin növü, faiz dərəcəsinin növü, ödəmə sxemi, təminatlıq və s.),
  • hər bir növdən olan krediti digərlərindən fərqləndirən cəhətlər və ümumi xüsusiyyətləri,
  • maliyyə lizinqinin xüsusiyyətlərini və onu kredit alternativi kimi əhəmiyyətini.
 
Modul 4. Borcalanın təsərrüfat fəaliyyətinin təhlili
Ekspertlər: Etibar İsrafilov, Zahir Qədirov
  • Maliyyə hesabatlılığı və onun elementləri
    • Dövriyyə aktivləri: pul vəsaitləri, debitor borclar
    • Mal-əmtəə qalıqlarının uçot qaydaları
    • Əsas vəsaitlər
    • Öhdəliklərin uçotu
    • Şəxsi kapital
    • Likvidlik göstəriciləri
  • Maliyyə hesabatları, Mənfəət və Zərər hesabatı
    • Mənfəət və zərər hesabatı
    • Gəlir və xərclərin tanınması
    • Bölüşdürülməmiş mənfəət
    • Rentabellik göstəriciləri
    • Maliyyə təhlilinin əsas üsulları
  • Maliyyə təhlili. Pul vəsaitlərinin hərəkəti hesabatı (Cash flow)
    • Pul vəsaitlərinin hərəkəti hesabatı
    • Pul vəsaitlərinin hərəkəti hesabatının strukturu
    • Pul vəsaitlərinin hərəkəti hesabatında gəlir və xərc kateqoriyaları
  • borcalanların maliyyə hesabatlarını, o cümlədən mühasibat balansını, mənfəət və zərərlər hesabatını , habelə pul vəsaitlərinin hərəkəti hesabatını oxumaq, interpretasiya və təhlil etməyi,
  • borcalanın aktivləri, öhdəlikləri və kapitalının strukturunu və uçotu qaydalarını,
  • maliyyə təhlilində müxtəlif üsullardan istifadə edərək, likvidlik, rentabellik, və digər göstəricilərin əsasında borcalanın maliyyə durumunu təhlil etməyi.
 
Modul 5. Kreditləşmə mərhələləri
Ekspertlər: Rauf Ağayev, Zahir Qədirov, Etibar İsrafilov, Nəriman İmranov
  • Kreditlərin qiymətləndirilməsi. “6C” prinsipi və onun kredit növündən asılı olaraq transformasiyası
    • Şəxsiyyətin qiymətləndirilməsi
    • Bacarığın qiymətləndirilməsi
    • Kapitalın qiymətləndirilməsi
    • Təminatın qiymətləndirilməsi
    • Şəraitin qiymətləndirilməsi
    • Nəzarətin qiymətləndirilməsi
    • Ödəmə sxeminin seçilməsi
  • Kreditin sənədləşdirilməsi və verilməsi
    • Kredit Memorandumunun hazırlanması
    • Kredit Müqaviləsi, Təminat Müqavilələri (ipoteka, girov, saxlanc, zaminlik və s.)
    • İpoteka müqavilələrin qeydiyyatdan keçirilməsi
    • Tranşla kreditin verilməsi
  • Kreditin idarə edilməsi və kredit monitorinqi
    • Kreditlərin qaytarılması və ödənişlərin uçotu
    • Kredit monitorinqinin təşkili prinsipləri
    • Kredit monitorinqinin növləri: planlaşdırılmış və plandan kənar
    • Kredit monitorinqinin formaları: səyyar və qiyabi (məsafəli)
  • Problemlərin qabaqcadan müəyyən olunması
    • Problemlərin əlamətləri
    • Problemlərin səbəbləri
    • Problemli kreditin təftişi və tədbirlər planının hazırlanması
  • Problemli kreditlərlə iş
    • Sağlamlaşdırma tədbirləri
    • Ləğvetmə tədbirləri
  • ilkin qiymətləndirmənin (müsahibənin) aparılması qaydaları,
  • kredit sifarişinin qiymətləndirilməsində istifadə olunan məlumatlar və onların mənbələrini,
  • kreditin növündən asılı olaraq, “6C” prinsipinin “3C” prinsipinə transformasiyasını,
  • potensial borcalanın ödəmə qabiliyyətini müəyyən etmək üçün istifadə olunan məlumat mənbələrini,
  • kredit üzrə ödəniş sxeminin müəyyən edilməsində pul vəsaitlərinin hərəkəti proqnozunun rolunu,
  • kredit üzrə faizlərin hesablanması qaydalarını,
  • müxtəlif təminat növlərini və onların qiymətləndirilməsi qaydalarını,
  • kredit Memorandumunun hazırlanması qaydalarını,
  • kredit müqavilələrin növlərini (sadə kredit, kredit xətti),
  • kredit üzrə qaytarılan pul vəsaitlərinin silinməsi ardıcıllığını,
  • kredit monitorinqinin növləri və formaları arasında fərqi,
  • problemli kreditlərin əvvəlcədən müəyyən olunması siqnallarını,
  • problemli kreditin diaqnostikası qaydalarını,
  • problemli kreditlərin həll edilməsində sağlamlaşdırma və ləğvetmə tədbirlərini.
Modul 6. Kredit işininin hüquqi təminatı
Ekspertlər: Samir Balayev, Rauf Ağayev
  • Kredit işini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi
    • Mülki Məcəllə
    • Banklar haqqında Qanun
  • Kredit fəaliyyətinin tənzimləyən Azərbaycan Mərkəzi Bankının normativ sənədləri
    • Banklarda kreditlərin verilməsi Qaydaları
    • Aktivlərin təsnifləşməsi və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları
    • Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar
    • Bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin tənzimlənməsi haqqında Qaydalar
    • Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydaları
  • kredit münasibətlərin hüquqi tənzimlənməsini təmin edən Mülki Məcəllənin tələblərini,
  • Azərbaycanın kredit təşkilatlarının kredit fəaliyyətlərini təmin edən Banklar haqqında Qanunun tələblərini,
  • AMB-nin banklarda kredit işinin təşkilinə aid tələblərini,
  • kredit təşkilatının kredit risklərinin minimallaşdırılması üçün xüsusi ehtiyatların yaradılması normaları, habelə asılılıq risklərini məhdudlaşdırmaq məqsədilə, iri kreditlər üzrə, bir-biri ilə əlaqədar borcalanlar və aidiyyatı olan şəxslər üzrə məcburi limitləri.
Modul 7. Kredit məhsullarının birbaşa marketinqi və satış texnikası
Ekspertlər: İlkin Qarayev, Anar Hüseynov
  • Birbaşa marketinq
    • Birbaşa marketinqin rolu
    • Birbaşa marketinqin vəzifəsi
  • Satış texnikaları
    • Müştərilərlə əlaqənin yaradılması
    • Ehtiyacların müəyyənləşdirilməsi
    • Kredit məhsullarının təqdimatı
    • Etirazlarla və şikayətlərlə iş
    • Satışın tamamlanması
    • Çarpaz satış
  • kredit məhsullarının birbaşa marketinqinin aparılması formalarını,
  • potensial borcalanlarla ünsiyyətin və əlaqələrin yaradılmasının yollarını,
  • potensial borcalanın kredit ehtiyaclarının müəyyən etmək üsullarını,
  • kredit məhsullarını potensial borcalana satmaq yollarını,
  • problemli borcalanlarla işləməyi, onların etirazlarına lazımi reaksiya verməyi.
Modul 8. Biznes etika
Eksprertlər: Cavanşir Abdullayev
  • Biznes etikanın mahiyyəti
  • Müştərilərlə etik davranışlar
  • İş yoldaşları ilə etik davranışlar
  • Daxili davranış qaydaları
  • Ünsiyyətqurma
  • Korporativ geyim
  • etikanın mahiyyətini,
  • bankdaxili davranış normalarını
  • ünsiyyətqurmanı
  • korporativ geyim standartların
Modul 9. Məntiq
Eksprertlər: Rəna Abbasova, Dilarə Cəfərli
  • Dil və məntiq
  • Məntiq düşüncə aləti kimi
  • Əsalandırmada induktiv metod
  • Əsalandırmada deduktiv metod
  • Emosiya və məntiq
  • Sözlü məntiq
  • Riyazi məntiq
  • Təsviri məntiq
  • qərarların verilməsində dilemmalar,
  • məntiqdə anlayışlar və fərziyyələr,
  • qəraların əsaslandırılmasında induktiv və deduktiv metodları və onlardan istifadə prinsipləri,
  • sözlü məntiqin formalarını
  • riyazi məntiqin formalarını
  • təsviri məntiqin formalarını




© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi